0
Wednesday 14 August 2013 - 17:55

Con Kerri İsrail rejiminə etiraz etdi

Story Code : 292504
Con Kerri İsrail rejiminə etiraz etdi
İsrailin Iordan çayının qərb sahilində yəhudi yaşayış məntəqəqlərini inşa etməsi qanuna ziddir. Bu barədə ABŞ-ın dövlət katibi Con Kerri Braziliyanin xarici işlər naziri Antonio Patriota ilə keçirdiyi mətbuat konfransında bildirib, - “Rosbalt”.

Bununla bağlı İsrail rejiminin baş naziri Benyamin Netanyahu ilə söhbət etdiyini də deyən Amerika rəsmisi belə qərarların sülh danışıqlarına zərbə vura biləcəyini vurğulayıb. Con Kerri Fələstin dövlətinin rəhbəri Mahmud Abbasla da görüşəcəyini açıqlayıb.
 
Xatıraladaq ki, qanunsuz sionist yaşayış məskənlərinin inşasına dair İsrail rejiminin qərarına Fələstin tərəfi də etirazını bildirib. Rejim isə ötən gün 920-dən çox yeni yaşayış yerinin inşası planını təsdiqləyib. /Deyerler/
Comment