0
Friday 23 August 2013 - 14:29

Vəkil: “Tale Bağırova əlavə ittiham verilməsi çətin olacaq”

Story Code : 295408
Vəkil: “Tale Bağırova əlavə ittiham verilməsi çətin olacaq”
Avqustun 23-də vəkil Cavad Cavadlı Bakı İstintaq Təcridxanasında Tale Bağırovun işi üzrə məhkəmə linqvistik-dinşünaslıq ekspertizasının rəyi ilə tanış olub. Məlumatı vəkil özü verib.

Vəkil hesab edir ki, bu rəylə Tale Bağırova əlavə ittiham verilməsi çətin olacaq: “Rəyin nəticə hissəsinə görə, Tale Bağırovun bəzi çıxışlarında dini pərdə altında dövlət əleyhinə siyasi fikirlər səsləndirilib. Yəni ekspertlər göstərirlər ki, Tale məhz fikirlərini ifadə edib, bu isə cinayət sayıla bilməz. Bununla belə, bizim bəzi vəsatətlərimiz var, onları istintaq orqanına təqdim edəcəyik”.

Tale Bağırov martın 31-də şərlənərək tutulub. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur..(mediaforum)
Source : Mediaforum
Comment