0
Tuesday 27 August 2013 - 11:59

ABŞ-ın planları puça çıxır?

Story Code : 295937
ABŞ-ın planları puça çıxır?
Ordunun nəşr etdiyi məlumatda deyilir: "Bu gün ordu Dəməşq ətrafındakı təmizlik əməliyyatları çərçivəsində terroristlərə aid bir anbar ələ keçirdi. Anbarda maska, kimyəvi maddələr və zəhərli dərmanlar mövcuddur".
 
Bölgəyə girən Suriya Silahlı Qüvvələri kimyəvi silah istifadə edildiyi bölgədə böyük miqdarda kimyəvi maddə dolu xeyli sayda vedrə aşkar edib. Vedrələrin üzərində "Səudiyyə Ərəbistanında istehsal edilib" ibarəsinin yazıldığı məlum olub. Bölgədə həmçinin xeyli sayda ABŞ-da istehsal olunmuş qaz maskaları da tapılıb.
 
Terror qərargahında bunlardan başqa kimyəvi silahların istehsalında istifadə edilən materiallar və ləvazimatlarla yanaşı zəhərli qaza məruz qaldıqda ilk tibbi yardım zamanı istifadə edilən dərman və tibbi ləvazimatlar da tapılıb. Tibbi ləvazimatların üzərində "Qətər- Almaniya şirkətinin istehsalıdır" ibarəsinin yazıldığı ifadə olunur.
 
/Deyerler/
Comment