0
Sunday 22 September 2013 - 21:03

“Ağ Ev islahatlardan imtina etməyəcək”

Story Code : 304308
“Ağ Ev islahatlardan imtina etməyəcək”
O, ətrafındakılar inandırmağa çalışır ki, 230 konqresmenin bu islahatın əleyhinə səs verməsinə baxmayaraq, islahata başlayacaq:
 
"Onlar bildirirlər ki, Səhiyyə haqqında qanunu geri götürməsək, hökumətə maliyyə yardımını kəsəcəklər. Siz mənə bu məsələni aydınlaşdırmaq üçün icazə verin".
 
Obamanın sözlərinə görə, Respublikaçılar milyonlarla amerikalı üçün zəruri ehtiyacı inkar edirlər: "Bizim əsas narahatçılığımız onunla bağlıdır ki, bu gün 20 milyondan çox amerikalı tibbi sığortadan istifadə edə bilmir".
 
Qeyd edək ki, o, səhiyyədə islahatlara başlamaq üçün maliyyə yardımının ayrılması ilə bağlı qanun layihəsini Konqressə təqdim edib. Səsvermə zamanı 189 konqresmen lehinə, 230 konqresmen əleyhinə səs verib. /anspress/
Comment