0
Thursday 26 September 2013 - 11:01

ABŞ İranla xoş münasibətdən danışdı

Story Code : 305546
ABŞ İranla xoş münasibətdən danışdı
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin sözçüsü Alan Eyr deyib. O bildirib ki, ABŞ hökuməti İranın nüvə məsələsinin siyasi və diplomatik yolla həllinə nail olmaq istəyir: “Biz İran prezidentinin BMT Baş Assambleyasındakı çıxışını alqışlayırıq. Ancaq bu sözlər əməllə eyni olmalıdır”.
 
A. Eyr qeyd edib ki, prezident Barak Obama ABŞ dövlət katibi Con Kerrini İranla nüvə müzakirələrini aparacaq nümayəndə heyətinin rəhbəri təyin edib: “Bu da dövlətimizin mövzuya ciddi əhəmiyyət verməsinə bir işarədir. Bu yolla Kerri İranla nüvə məsələsinin dinc şəkildə həllinə nail olmaq üçün cəhd göstərir”.
Comment