0
Saturday 5 October 2013 - 23:14

Türkiyə qazdığı quyuya özü düşür

Story Code : 308802
Türkiyə qazdığı quyuya özü düşür
Türkiyə qazdığı quyuya özü düşür
WND xəbər agentliyi ABŞ ordu zabitinə istinad edərək deyib ki, Türkiyəni bombalamaq təhdidini əl Qaidəyə bağlı olan və Suriya hökumətinə qarşı döyüşən əl Nusra cəbhəsi edib.

Xəbərdə deyilir ki, əl Nusra qrupu Türkiyə sərhəddi yaxınlığında yerləşən Əzaz kəndini ələ keçirdikdən və bəzi sərhəd keçidlərini bağladıqdan sonra region boyu ərazidə öz terror əməliyyatlarını həyata keçirmək üçün Suriyada baza yaratmağı planlaşdırır.

Məlumatda həmçinin deyilir ki, əl Nusranın Əzaz və Suriyadan Türkiyəyə sərhəd keçid məntəqələrini ələ keçirməsi göstərir ki, qrupun digər Suriya müxalifət qüvvələri və üsyançıları ilə münasibətləri korlanıb. Son zamanlar Suriyada üsyançı və müxaliflər arasında qarşıdurma artmağa davam edir.

25 Sentyabr tarixində 13 xaricdən dəstək alan üsyançı qrup elan edərək bildirib ki, onlar müxalifətin təmsil olunduğu Suriya Milli Koalisiyanı tanımırlar.

Bu qruplara özünü Azad Suriya Ordusu adlandıran üsyançılar və əl Qaidəyə bağlı olan Təkfirçi qruplar olan əl Nusra, Liva əl Tohid və Əhrar əl Şam daxildir.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Məlumat və faktlara əsasən qərb və onun regional müttəfiqləri olan Qətər, Səduiyyə Ərəbistanı və Türkiyə Bəşər Əsəd hökumətini devirmək üçün Suriya daxilində fəaliyyət göstərən döyüşçüləri dəstəkləyirlər.

BMT-nin verdiyi məlumata əsasən Suriya münaqişəsi nəticəsində 100 mindən çox insan qətlə yetirilmiş və milyonlara insan isə öz evindən didərgin düşmüşdür.
Source : Islamtimes
Comment