0
Sunday 6 October 2013 - 00:40

Obama: İranın nüvə silahı istehsal etməsinə bir il və yaxud daha çox vaxt lazımdır

Story Code : 309160
Obama: İranın nüvə silahı istehsal etməsinə bir il və yaxud daha çox vaxt lazımdır
Obama: İranın nüvə silahı istehsal etməsinə bir il və yaxud daha çox vaxt lazımdır
Şənbə günü Asoşieytid Press-ə müsahibə verən Obama deyib ki, dünya İran prezidenti Həsən Ruhaninin Qərbin Tehranın nüvə proqramı üzərində yaranmış şübhələrini diplomatik yol ilə həll edilməsində nə dərəcədə səmimi olduğunu yoxlamalıdır.

Yeni ittiham ABŞ prezidenti ilə prezident Ruhaninin telefon danışığından sadəcə bir həftə sonra bəyan edildi.

Telefon danışığından sonra prezident Obama prezident Ruhani ilə söhbətini Vaşinqton xarici siyasətində mühüm hadisə adlandırmışdır.

O deyib ki, o hər iki tərəfin İran nüvə proqramı məsələsində qarşılıqlı razılığa gələcəyinə ümid edir.

Obama deyib: “Mən prezident Ruhaniyə Nyu Yorkda dediklərimi dedim. İrəli getmək üçün və uğur qazanmaq üçü yolda maneə olarsa bu zaman danışıqlara zəmanət vermək olmaz. Mən inanıram ki, biz qarşılıqlı nəticəyə çata bilərik.”

Obama bu həftənin əvvəlində İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra öz danışıq tonunu dəyişməyə başladı.

Görüş zamanı Obama bir daha İranı hərbi hücum ilə təhdid etdi.
Obama deyib: “Keçən bir neçə il ərzində bizim İrana tətbiq etdiyimiz çox ağır sanksiyalar səsəbindən indi görünür ki, İran danışıqlara hazırdır.”

O əlavə edərək deyib: “Mən əvvələr də demişəm və mən indi də təkrar edirəm ki, hərbi seçim də daxil olmaqla biz heç bir seçimi masa üzərindən götürməmişik.”

Bu arada İran və 5+1 dövlətləri (Britaniya, Çin, Fransa, Rusiya və ABŞ və üstəgəl Almaniya) növbəti nüvə danışıqlarını 15-16 Oktyabr tarixlərində Cenevrədə keçirməyə qərara gəliblər.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edərək Tehranı hərbi hücum ilə təhdid ediblər.

İran isə öz növbəsində bütün bu ittihamları kəskin şəkildə rədd edərək deyib ki, bir sıra beynəlxalq təşkilatların üzvü olaraq İranın nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı var.
Source : Islamtimes
Comment