0
Wednesday 9 October 2013 - 23:53

Vəhhabi alim öz qızına təcavüz etdiyi üçün həbs edilib

Story Code : 309830
Vəhhabi alim öz qızına təcavüz etdiyi üçün həbs edilib
Vəhhabi alim öz qızına təcavüz etdiyi üçün həbs edilib
Qızını anasının vəkili Turki əl Rəşid çərşənbə axşamı günü deyib ki, bazar ertəsi günü keçirilən məhkəmədə həmçinin Fayhan əl Qamdidən qızının anası olan sabiq arvadına bir milyon Səudiyyə riyalı (270 min dollar) qan bahası verməsini əmr edib.

Cninayətdə iştirak etməkdə ittiham edilən Qamdinin ikinci arvadına isə 10 ay həbs cəzası və 150 şallaq vurluması əmr edilib.

Beş yaşlı Lama 2011-ci ilin dekabr ayında dərisində olan müxtəlif cırmaq, yanıq və göyərti izləri də daxil olmaqla çox saylı zədələrlə xəstəxanaya gətirilmişdir. Ancaq o bir neçə aydan sonra dünyasını dəyimişdir.

Bu ilin əvvəlində insan hüquq müdafiəçilərinin dediyinə görə Qamdi qızına qarşı onu döymək üçün şunur və çubuqdan istifadə etdiyini etiraf etmişdir.
Səudiyyəli və xarici aktivistlər Səudiyyə Ərəbistanı məhkəməsini cinayəti törətmiş şəxsə qarşı çox cüzi cəza verdiyi üçün tənqid ediblər.

Səudiyyəli hüquq müdafiəçisi Əzizə əl Yusuf deyib: “Biz həddən artıq ümidsizləşmişik. O şəxsə digərlərinə nümunə olsun deyə ya ömürlük həbs cəazası verilməli idi, ya da ki, ölüm hökmü verilməli idi.”

Digər hüquq müdafiəçisi Xalid əl Fəhd deyib ki, o Qamdiyə verilən cəzanın yüngüllüyündən dəhşətə gəlib.

O sual edərək soruşub: “Bir neçə il bundan əvvəl iki oğru iki qoyun oğurladıqları üçün beş il həbs və şallaq cəzası almışdır. Bəs necə olur ki, öz qızını qətlə yetirmiş ata belə yüngül cəzaya layiq görülür.”

Səudiyyə Ərəbistanında qətl və zorlama ölüm hökmü ilə nəticələnən cinayətlər arasındadır.
Ancaq öz qızını öldürən ata və yaxud öz arvadını öldürən ər ölüm hökmünə layiq görülə bilməzlər, onlar sadəcə 5 ilə 12 il arası həbs cəzası ala bilərlər.
Source : Islamtimes
Comment