0
Thursday 15 July 2010 - 18:13

33 günlük müharibənin ildönümü

Story Code : 31157
33 günlük müharibənin ildönümü
33 günlük müharibənin ildönümü
Telekanalın məlumatına görə on minlərlə livanlının qatıldığı tədbirə prezident nümayəndələri, baş nazir Səid Həriri, millət vəkilləri Mişel Aun, Vəlid Campolad, nazirlər və bəzi səfirlər də qatılıb. İslam-Azeri xəbər verir ki, çıxışının əvvəlində həmd və səna edən Hizbullahın baş katibi İsrail ilə 33 günlük müharibə zamanı müqavimətə kökəm edən bütün hər kəsə öz təşəkkürünü bildirib. Seyyid Nəsrullah İsrailə bir daha xəbərdarlıq edərək: “Onlara İyul döyüşündə Beyrutu vursanız, Tel Avivi vurarıq dedik. Bu gün də Beyrutu ya da cənubu vursanız Tel Avivi vuracağımızı söyləyirik. Əgər düşmən, Livandakı hər kəndi ya da şəhəri vuracağını düşünsə onlara “Biz, bu gün qəsb etdiyiniz bütün torpaqlardakı bütün şəhərlərinizi vuracaq gücdə olduğumuzu söyləyirik. Tanklarını istədiyin qədər modernləşdirin. Əsgərlərinizi istədiyiniz qədər təlimləndirin. Əgər torpaqlarımızı işğal etmək üçün cəhd etsəniz tanklarınız və əsgərlərinizi dağlarımızda və kəndlərimizdə məhv edəcəyik. İyul döyüşünün əvvəlində sürprizlərimiz var dedik. Bundan sonrakı döyüşdə də yeni sürprizlərimiz olacaq-deyirik”-deyib.
Comment