0
Thursday 17 October 2013 - 11:11

İran ilə “altılıq” arasında növbəti nüvə danışıqlarının yeri və tarixi açıqlandı

Story Code : 311696
İran ilə “altılıq” arasında növbəti nüvə danışıqlarının yeri və tarixi açıqlandı
15-16 oktyabrda keçirilən müzakirələrdə iştirak edən heyətlər gələcək planlara dair birgə bəyanat imzalayıblar.
 
Deyerler.org-un İRİB-ə istinadən verdiyi xəbərə görə, qəbul olunmuş yekun qərarda bildirilir ki, bu heyətlərin növbəti iclası Cenevrədə 7-8 noyabr tarixində keçirilsin.
 
Cenevrədə nüvə müzakirəçiləri həmçinin razılığa gəliblər ki, nüvə, elmi, “5+1” qrupunun sanksiya məsələləri üzrə ekspertləri və İranın ekspertləri növbəti toplantıdan öncə fikir ayrılıqlarını araşdırmaq üçün proqram hazırlayaraq praktiki addımları tənzimləmək istiqamətində iclas keçirsinlər.
Comment