0
Saturday 26 October 2013 - 08:50

Litva prezidenti Azərbaycan haqda: "Güzəştə gedə bilmərik"

Story Code : 314309
Litva prezidenti Azərbaycan haqda: "Güzəştə gedə bilmərik"
"Azadlıq" radiosunun müxbiri Rikard Jozwiak Brüsseldə Litva prezidenti Dalia Grybauskaitėdən Şərq Tərəfdaşlığı proqramına daxil olan Azərbaycandakı seçkilər barədə fikrini soruşub.
 
- ATƏT-in müşahidə missiyası Azərbaycanda son prezident seçkilərini kəskin tənqid etdi, kütləvi pozuntular olduğunu bildirdi. Azərbaycan bu iddiaları rədd edir. Bəs Sizin fikriniz nədir?

- Azərbaycan  Şərq Tərəfdaşlığı proqramında spesifik ölkədir. Bu ölkə özünəməxsus mövqedədir. Azərbaycan inteqrasiyaya az meyillidir. Biz onların qərarını qəbul edirik. Avropa Birliyi heç bir ölkəni məcbur edə bilməz, hər bir ölkə özü müəyyən edir. Biz əməkdaşlığa açığıq. Onlar əməkdaşlıq istəsələr, bizim qapılar açıqdır. Ancaq bunlar  imkanlardır, məcburiyyət deyil.
 
- Bəs ATƏT müşahidəçilərinin tənqdi barədə nə deyə bilərsiniz?
- Əlbəttə, qanunun aliliyi var. Demokratik inkişaf  Şərq Tərəfdaşlığı proqramına daxil olan hər bir ölkə üçün vacibdir. Bu dəyərlərdə biz güzəştə gedə bilmərik. Bunu biz  hər bir ölkə ilə müzakirə edirik. /Azadliq/
Comment