0
Thursday 7 November 2013 - 13:36

Səudiyyə Ərəbistanı suriyalı üsyançıların silah-sursat ilə təmin edilməsinə təkid edib

Story Code : 318539
Səudiyyə Ərəbistanı suriyalı üsyançıların silah-sursat ilə təmin edilməsinə təkid edib
Səudiyyə Ərəbistanı suriyalı üsyançıların silah-sursat ilə təmin edilməsinə təkid edib
Şahzadə Feysəl əl Turki bu açıqlamanı Amerikanın gündəlik dərc edilən Vaşinqton Post qəzetinə müsahibəsi zamanı etmiş və halhazırda prezident Bəşər Əsəd qüvvələrinin quruda üstünlüyünü üsyançıların xeyrinə dəyişmək üçün üsyançılara silah-sursatın verilməsinin vacib olduğunu bildirib.

O deyib: “Sən Suriyada əl Qaidə və onun qrupları ilə üzləşirsən. Bütün dünyadan olan könüllülər Suriyadadır. Bu səbəbdən də əgər müharibə davam edərsə daha çox üsyançı ora gələcək.”

Səudiyyə Ərəbistanı Suriya hökumətinə qarşı döyüşən xaricdən dəstək alan üsyançıları silah-sursat ilə təmin edən əsas dövlətdir.

Fransanın gündəlik dərc edilən “Le Figaro” qəzetinin verdiyi məlumata əsasən Suriyada üsyançılar tərəfindən istifadə edilən silahlar qara bazarda Ukrayna və Bolqarıstandan Səudiyyə Ərəbistanı tərəfindən alınıb.

İsrail raketləri də daxil olmaqla satın alınan silahlar Suriyanın paytaxtı Dəməşq və ətraf bölgələrdə fəaliyyət göstrən terrorist qruplara göndərilib.

2011 -ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Münaqişə zamanı xaricdən dəstək alan üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

Məlumat və faktlara əsasən Qərb dövlətləri və onların regional müttəfqiləri olan Qətər, Səudiyyə ərəbistanı və Türkiyə Suriya daxilində prezident Bəşər Əsədə qarşı döyüşən üsyançıların əsas dəstəkçilərdir.
Source : Islamtimes
Comment