0
Sunday 10 November 2013 - 16:10

Nəsrullah: Suriyada qələbənin astanasındayıq

Story Code : 319583
Nəsrullah: Suriyada qələbənin astanasındayıq
Nəsrullah: Suriyada qələbənin astanasındayıq
Livanda dərc edilən əl Səfir qəzetinin verdiyi məlumata əsasən Livan müqavimət hərəkatı Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah Aşura mərasimlərini təşkil edəcək komitənin üzvləri qarşısında çıxışı zamanı Suriya məsələsi ilə əlaqədar bu sözləri deyib:
“Bəzi regional dövlətlərin siyasi həll yoluna mane olmalarına baxmayaraq Suriyaya qarşı planlaşdırılan bir çox təxribatları qarşısını ala bildiyimizi deyə bilərəm.


Suriya yenidən müstəqilliyə qovuşacaq və siyasi həll yoluna nail olacaq. Suriyaya qarşı müharibə artıq çıxılmaz vəziyyətə gəlmişdir.

Halhazırda Suriyada tarixi və strateji bir qələbənin ilk anlarını yaşadığımızı deyə bilərəm.

Müqavimətə zərbə vurmaq və İranı hədəfə almaq planlarında uğursuz oluncaq Suriyaya qarşı təxribat hazırlamağa başladılar. Bizə görə Suriyaya qarşı hazırlanmış təxribat 2006-cı ildə Hizbullaha qarşı hazırlanmış təxribatdan heç də kiçik deyil.

Bu təxribatdan məqsəd Suriyada hakimiyyəti devirməkdir. Bunun səbəbi də İraq, Livan və Fələstin müqavimətinə dəstək verən Suriyanın siyasi seçimidir. Onlar Suriyanın bu siyasətinin əvəzini ödətmək istədilər. Biz də bu səbəblə Suriyanın yanında olduq.

Hizbullahın Suriyada mövcud olması zərurilikdən yaranan bir məsələdir. Əgər biz Suriyaya getməsəydik, Livan ikinci bir İraqa çevriləcəkdi. İraqda təkcə keçən ay ərzində həyata keçirilən 300 bombalı hücumda və yaxud kamikadze hücumunda 900 insan həlak olmuş və yüzləlrə insan isə yaralanmışdır.

Təkfirçi qrupların Aşura mərasimlərinə qarşı təhdidləri, bu mərasimlərə qatılanların daha da artmasına və məzhəbçilik fitnələrinə qarşı İslami vəhdətin daha güclənməsinə səbəb olacaqdır.

2006-cı ilin iyul müharubəsində bütün dünya mqavimətə qarşı əlbir olmuşdur. Bəziləri müqavimətin məğlub olacağını gözləyirdi, bəziləri bizi Quantanamoya aparmaq üçün hətta gəmiləri də hazır vəziyyətə gətirmişdir. Ancaq nəticədə qələbə Hizbullahın oldu və hərkəsin etiraf etdiyi kimi Hizbullah bir regional gücə çevrildi.”
Source : İslamtimes
Comment