0
Tuesday 10 December 2013 - 09:22

Sergey Lavrov Tehrana səfər edəcək

Story Code : 329082
Sergey Lavrov Tehrana səfər edəcək
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məqsəd ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.

Lavrov rəsmi görüşlərini dekabrın 11-də həyata keçirəcək. Görüşlərdə İranla “altılıq” ölkələri arasındakı nüvə razılaşması, Suriya böhranı və onun həlli məqsədilə Cenevrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransın əsas müzakirə mövzusü olacağı bildirilir.
Comment