0
Sunday 5 January 2014 - 14:10

İsrailin baykot edilməsi ABŞ akademik cəmiyyəti tərəfindən yenidən təsdiq edilib

Story Code : 337688
İsrailin baykot edilməsi ABŞ akademik cəmiyyəti tərəfindən yenidən təsdiq edilib
İsrailin baykot edilməsi ABŞ akademik cəmiyyəti tərəfindən yenidən təsdiq edilib
Professor Duggan Posta açıqlamasında deyib ki, o Amerika Araşdırmalar Mərkəzinin İsrail akademik inistitutlarını baykot etməsini bütövlükdə dəstəkləyir.
O deyib: “Biz hansısa şəxsləri baykot etmirik, yalnız qeyri qanuni işğalı dəstəkləyən və yardım edən və fələstinlilərə qarşı ayrı seçkilik edən inistitutları baykot edirik.”

Keçən ay Amerika mədəniyyət və tarixini araşdırmaqda xüsusi rolu olan Amerika Araşdırmalar Asossiasiyası İsrail universitetləri ilə əməkdaşlıq etməyə qarşı geniş şəkildə veto qoyub.

Təşkilat deyib ki, bu qərarın arxasında İsrail universitetlərinin insan hüquqlarını pozan siyasətin bir parçası olması və İsrailin BMT və beynəlxalq qanunları pozmağa davam etməsi və fələstinlilərə qarşı zorakılıq və ayrıseçkilik tətbiq etməsi dayanır.

İsrailin geniş şəkildə beynəlxalq səviyyədə baykot edilməsinin bir hissəsi olan bu addım həm dövlət, həm də federal səviyyədə bəzi ABŞ rəsmilərini qəzəbləndirib.

Respublikaçı Eliot Engel Amerika Araşdırmalar Asossiasiyasını baykotu dayandırmağa səsləmiş və demişdir ki, o təşkilatın bu qərarı ilə çox təəccüblənib.
İsrail yönümlü iki demokrat həmçinin bu həftə bu kompaniyaya qoşulan universitetlərə olan dövlət yardımını kəsmək üçün qanun layihəsi təqdim edib.

Bu qanun layihəsi Bruklindən olan demokrat və həmçinin 2001-ci ildə FBİ tərəfindən terrorist qrup kimi tanınan Yəhudi Müdafiə Liqasının sabiq üzvü olan Dov Hikind və dövlət senatoru Ceff Klein tərəfindən təqdim edilmişdir.
Source : Islamtimes
Comment