0
Tuesday 7 January 2014 - 22:38

Əl Macidi Səudiyyə Ərəbistanın yüksək rütbəli kəşfiyyat rəsmilərindən olub

Story Code : 338717
Əl Macidi Səudiyyə Ərəbistanın yüksək rütbəli kəşfiyyat rəsmilərindən olub
Əl Macidi Səudiyyə Ərəbistanın yüksək rütbəli kəşfiyyat rəsmilərindən olub
Əl Qaidə terror şəbəkəsinə bağlı olan Əbdullah Əzzəm Briqadasının rəhbəri əl Macid 2013-cü il 19 noyabr tarixində Livanın paytaxtı Beyrutda yerləşən İran səfirliyi qarşısında baş verən və iranlı diplomat da daxil olmaqla 23 nəfərin həlak olması ilə nəticələnən iki partlayışda şübhəli bilinərək həbs edilmişdir.

Lakin şənbə günü həbs edilmiş səudiyyəli terroristin Livan hərbi hospitalında dünyasını dəyişdiyi bildirilmişdir.

Xəbər agentliklərinin verdiyi məlumatda həmçinin deyilir ki, Riyad əl Macidinin ölümündən qabaq onu Səudiyyə Ərəbistanına ekstradisiya edilməsi üçün Livana güclü təziqlər edirdi.
İran kəşfiyyat naziri seyyid Mahmud Ələvi Tehranın əl Macidinin ölümü haqqında tutarlı məlumatının olmadığını demiş və bildirmişdir ki, o şübhəli şəkildə ölmüşdür.

Səudiyyəli terrorist Səudiyyə Ərəbistanı, İraq, Suriya, Livan, Əfqanıstan və Pakistan da daxil olmaqla bir çox ölkələrdə aktiv fəaliyyətdə olduğu və əl Qaidə terror şəbəkəsinin orta və yüksək vəzifəli liderləri ilə münasibətdə olduğu üçün xeyli gizli məlumatlara sahib idi.

Abdullah Əzzəm Briqadası terrorist qrupu Livanda İran səfirliyi qarşısında baş verən bombalı hücuma və Hizbullah komandiri Həsən əl Laqqisin qətlə yetirilməsində məsuliyyəti öz üzərinə götürmüşdür.
Source : Islamtimes
Comment