0
Friday 13 August 2010 - 18:57

İranda Azərbaycanla bağlı konfrans olacaq

Story Code : 34004
İranda Azərbaycanla bağlı konfrans olacaq
İranda Azərbaycanla bağlı konfrans olacaq
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun məlumatında deyilir.
Milli Məclisin üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva və institut əməkdaşlarının çıxış edəcəyi seminarda Azərbaycan-İran münasibətləri, Azərbaycan-Rusiya münasibətləri və onların Qafqaz regionuna təsiri, Azərbaycan-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Azərbaycan-Gürcüstan münasibətləri, Azərbaycan-Türkiyə münasibətləri və bunun Türkiyə-Ermənistan münasibətlərinə təsiri, Azərbaycanın MDB ölkələri, Qərb və Aİ ilə münasibətləri, onların Qarabağ münaqişəsinin həllində rolu, ATƏT-in Minsk qrupu və s. mövzularda məruzələr ediləcək.
Seminar Azərbaycanın İrandakı Səfirliyi və Tehran Universitetinin dəstəyi ilə baş tutacaq. /Milli.az/
Comment