0
Saturday 1 February 2014 - 21:20

BMT İsraili Fələstin evlərini dağıtdığı üçün tənqid edib

Story Code : 347565
BMT İsraili Fələstin evlərini dağıtdığı üçün tənqid edib
BMT İsraili Fələstin evlərini dağıtdığı üçün tənqid edib
BMT-nin işğal edilmiş Fələstin torpaqlarındakı kordinatoru James Ravley cümə günü bəyanat yayaraq işğal edilmiş Qərb Sahilində bu cür qanunsuz hərəkətlərin dərhal dayandırılmasını tələb edib.

Ravley deyib: “Mən İordaniya Vadisi boyunca yaşayan fələstinlilərin evlərinin dağıdılması prosesi səbəbindən dərin narahatçılıq keçirirəm və bu dağıntı prosesi keçən ilkinə nisbətən iki qat artıb.
Bu fəaliyyət yalnız fələstinlilərin sığınacaq və əsas xidmətlərdən məhrum etmir, həmçinin beynəlxalq qanunlara ziddir.”

Ravley deyib ki, 2013-cü ildə işğal edilmiş Qərb Sahilində və Şərqi Qüdsdə mindən çox insanın həqiqətdə əldə edilməsi qeyri mümkün olan İsrailin icazə sənədləri olmadığı üçün evləri dağıdılıb.

Ravley deyib: “Cümə axşamı günü 36-sı uşaq olmaqla 66 fələstinli İordaniya Vadisində evləri dağıdıldıqdan sonra küçələrdə qalıblar.”

Bu arada 300 fələstinli bəzi israilli fəallarla birlikdə Tel Əvivin işğal siyasətini etiraz əlaməti olaraq Ariha kimi tanınan Ceriko şəhəri yaxınlığında yerləşən tərk edilmiş evləri ələ keçiriblər.

Etiraz İsrail baş naziri Benyamin Netanyahunun qeyri qanuni məskunlaşma siyasətindən əl çəkmək və İordaniya vadisindən çıxmaq tələbini rədd etdikdən sonra baş verdi.
Source : Islamtimes
Comment