0
Wednesday 5 February 2014 - 10:01

Londonda metropoliten işçiləri 48 saatlıq tətil elan edib

Story Code : 348528
Londonda metropoliten işçiləri 48 saatlıq tətil elan edib
APA-nın “The Telegrapgh”a istinadən verdiyi xəbərə görə, son illərin ən iri etiraz aksiyası olacaq bu tətil fevralın 6-dək davam edəcək və 11-13 fevral tarixlərində təkrar keçiriləcək.
Qeyd olunan günlər yeraltı nəqliyyatın hərəkətində böyük intervallar yaranacaq, bəzi istiqamətlərdə və stansiyalarda isə xidmət tamamilə dayandırılacaq.
Etiraz aksiyasının təşkilatçıları olan dəmiryolu və dəniz nəqliyyatı işçilərinin Həmkarlar ittifaqı və nəqliyyat işçilərinin Assosiasiyası metropolitendə bilet kassalarının bağlanılmasına qarşı çıxış edirlər.   
Həmkarlar İttifaqının hesablamalarına görə, kassaların bağlanılması 1000-dək metropoliten əməkdaşının işsiz qalacağına gətirib çıxaracaq. London meriyasından bildiriblər ki, hazırda kassalar vasitəsilə biletlərin cəmi 3 faizi alınır. Onlar avtomat qurğular və digər elektron avadanlıqlarla əvəzlənir.
Comment