0
Thursday 20 February 2014 - 02:32

Britaniyalı qadınlar “cihad nikahı” səbəbi ilə Suriyaya gedirlər

Story Code : 353891
Britaniyalı qadınlar “cihad nikahı” səbəbi ilə Suriyaya gedirlər
Britaniyalı qadınlar “cihad nikahı” səbəbi ilə Suriyaya gedirlər
Radikallaşdırmanın Araşdırması üzrə Beynəlxalq Mərkəzin verdiyi məlumata əsasən Suriyadakı üsyançı qrupların üzvləri ilə internet vasitəsilə görüşdükdən sonra onlar ilə evlənən britaniyalı qadınların sayı xeyli dərəcədə artıb.

Ekspertlər deyir ki, üsyançılar özlərinin qəhrəman cildində olan şəkillərini və mesajları göndərməklə qadınları özlərinə cəlb edirlər.

London, Portsmos və Surreydən olan ən azı dörd britaniyalı qadın Suriya hökumətinə qarşı müharibədə iştirak edən ingilis dilli üsyançılar ilə evləndikləri bilinir.

Ancaq Kong Kollecdən olan tədqiqatçı ekspertlər deyir ki, həqiqətdə bu rəqəm dəfələrlə çoxdur.

Üsyançılar ilə evlənmək istəyən qadınlar ilk növbədə şübhələrdən qurtulmaq üçün Türkiyədə olan turist ərazilərinə gedirlər və daha sonra isə ordan da Suriyaya keçirlər.

Cihad nikahı adlanan bu məsələ ilk dəfə beynəlxalq mediaya keçən ilin sentyabr ayında gətirilmişdir. O vaxt yayılan məlumata əsasən onlarla tunisli qadın üsyançı döyüşçülər ilə evlənmək üçün Suriyaya getmişdilər. Həqiqi İslam isə heç bir yol ilə cihad nikahını qəbul etmir.

Tunis daxili işlər naziri Lotfi ben Ceddou deyib ki, 60 və 80 arası tunisli qız xaricdən dəstək alan üsyançılar ilə cihad nikahına daxil olmaq üçün Türkiyə vasitəsilə Suriyaya keçiblər və daha sonra hamilə olaraq öz vətənlərinə qayıdıblar. Ben Ceddou həmçinin qeyd edərək bildirib ki, üsyançılar tunisli qızlardan sadəcə özlərini rahatlamaq üçün istifadə edirlər.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

Məlumat və faktlara əsasən Qərb və onun regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə xaricdən dəstək alan üsyançılara dəsətk olurlar.
Source : Islamtimes
Comment