0
Sunday 23 February 2014 - 01:16

Böcəyi qoyan İran deyil, paralel quruluşdur!

Story Code : 354580
Böcəyi qoyan İran deyil, paralel quruluşdur!
Böcəyi qoyan İran deyil, paralel quruluşdur!
Baş nazir Ərdoğanın ofisinə böcək yerləşdirən camaatın həm iz çaşdırmaq, həm hər zaman olduğu kimi Türkiyə-İran yaxınlaşmasına mane olmaq üçün böcəyi İranın qoyduğunu göstərməyə çalışdıqları ortaya çıxdı!
Ofisinə dinləmə cihazı yerləşdirənlərin xaricə qaçdığını söyləyən Baş nazir “izlərindəyik” dedi. Keçmişdə İzmirdə xidmət edənlə Pensilvanyadakı Gülənin eyni olmadığını bildirdi.
Baş nazir Rəcəb Tayyib Ərdoğan AKP-li millət vəkilləriylə yığıncaqlarına dünən də davam etdi. AKP Ümumi Mərkəzində təşkil olunan görüşdə dinləmə hadisələri, paralel quruluş və 30 mart seçkilərinin gündəmə gəldiyi bildirildi.

Ölkə adı vermədi

Dinləmə qeydləri ortaya çıxan Fəthullah Güləni dəyərləndirən Ərdoğanın “İzmirin Kəstanə bazarında xidmət edən Fəthullah Gülən Hoca ilə Pensilvanyadakı adam eyni şəxs deyil” dediyi bildirildi. Baş nazirin iş ofisindən çıxan dinləmə cihazları mövzusunda ona çatan məlumatları millət vəkilləriylə paylaşdığı qeyd edildi. Ərdoğanın “Böcək deyə təbir edilən o cihazları paralel quruluşa bağlı olan təhlükəsizlik işçilərinin qoyduğunu müəyyən etdik. Bunları yerləşdirənlər xaricə qaçıblar, amma izlərindəyik” dediyi öyrənildi. Ərdoğanın ölkə adı söyləmədiyi ifadə edildi. Baş nazir Ərdoğanın Baş Polis İdarəsində itirildiyi qarşıya qoyulan dinləmə qurğuları ilə əlaqədar dəyərləndirmə etdiyi bildirildi. Ərdoğanın “O cihazlar hələ də ortada yoxdur, amma izi sürülür. Bu cihazlar yenidən istifadə edilə bilər dedi. Baş nazirin paralel quruluşa da işarə edərək son günlərdə səs yazıları müzakirə edilən Fəthullah Güləni tənqid etdiyi ifadə edildi.

O Gülən eyni Gülən deyil!
Gülənin İzmirin Kəstanəpazarı bölgəsində vaizlik etdiyi illərdəki xidmətinə toxunan Ərdoğanın “Kəstanəpazarında xidmət edən Fəthullah Gülən Hoca ilə bu gün Pensilvanyada yaşayan şəxs eyni adam deyil” söylədiyi öyrənildi. 30 mart seçkilərinin əhəmiyyətinə işarə edən Baş nazir paralel quruluşun seçkiləri hədəf aldığını vurğulayaraq bunları söylədi: “Bizim üçün 30 mart seçkiləriylə başlayan proses tarixi əhəmiyyətlidir. Bu seçkilər öncəsi bizi aşağı çəkmək, çətin vəziyyətə salmaq istəyirlər. Ancaq bu ana qədər bacara bilmədilər. Oyunları ortaya çıxdı. Əsl hədəfləri Türkiyənin inkişafına maneə törətməkdir. Çünki Türkiyənin inkişafından narahat olanlar var. Amma mane ola bilməyəcəklər. Biz dayanmadan işlərimizə davam edəcəyik”.

Vəzifəsini yerinə yetirməyən getməlidir
Baş nazirin “ehtiyat millət vəkilliyi ilə əlaqədar düşüncəsini dünən də təkrarladığı ifadə edildi. Baş nazirin “seçilərək Məclisə gələn hər kəs vəzifəsini tam şəkildə icra etməlidir. Sizdən də vəzifəsini tam şəkildə icra etməniyi gözləyirik. Məclis işlərinə yaxşı əməl edin. Mütləq ehtiyat millət vəkilliyinin olması lazımdır. İşini etməyənlər getməlidirlər, ehtiyatda olanlar gəlməlidirlər” ifadəsini istifadə etdiyi qeyd edildi.

28 fevralda belə bu qədər əxlaqsız olmamışdılar
Baş nazir Ərdoğan “Məmur-Sən Böyük Türkiyə görüşündə” 17 dekabrdakı uğursuz çevriliş prosesinin milli iradəyə qarşı hücum olduğunu söylədi: “Biz bunları 28 fevraldan tanıyırıq, amma o zaman belə bu qədər əxlaqsız olmamışdılar” Ərdoğan “Artıq səhər erkən qalxanın çevriliş etdiyi, manşetlərdə hökumət yıxma günlərinin geridə qaldığını” qeyd edərək “Keçdi o günlər. Bu hökuməti millət vəzifəyə gətirər, millət göndərər. Artıq şapkasını alıb gedəcək bir hökumət yoxdur. Artıq elə iradəsini təslim edəcək şantaja boyun əyəcək millət də yoxdur” dedi.

Agentliklər
Source : Islamtimes
Comment