0
Sunday 23 February 2014 - 17:24

Səudiyyə Ərəbistanı Hz Məhəmməd(s) Peyğəmbərin dünyaya gəldiyi ərazini dağıdacaq

Story Code : 355023
Səudiyyə Ərəbistanı Hz  Məhəmməd(s) Peyğəmbərin dünyaya gəldiyi ərazini dağıdacaq
Səudiyyə Ərəbistanı Hz Məhəmməd(s) Peyğəmbərin dünyaya gəldiyi ərazini dağıdacaq
Islam times.org/az/ - Buldozerlər artıq müqəddəs Məkkə şəhərində yerləşən və Hz Muhəmməd(s) Peyğəmbərin (s) dünyaya gəldiyi güman edilən binanı dağıtmaq üçün hazır vəziyyətə gətirilib.

Mövlüd Evinin dağıdılması Məcsidul Həram yaxınlığında müasir kompleksin inşası üçün nəzərdə tutulan milyard dollarlıq layihənin tərkib hissəsidir.

Məscidul Həram İslamın müqəddəs ərazilərindən biridir və bütün müsəlmanların qibləsi hesab edilən müqəddəs Kəbə həmin ərazidə yerləşir.

Alimlər qeyd edərək bildiriblər ki, İslam Peyğəmbərinin dünyaya gəldiyi ərazi Səudiyyə Ərəbistanında qalan İslam tarixinə aid nümunədir.

Səudiyyənin kral ailəsi qədim abidələri dağıtmaq bahasına yenidən qurma işləri həyata keçirməyi qərara alıb.

Həzrəti Muhəmməd (s) peyğəmbərin dünyaya gəldiyi ehtimal edilə ərazinin dağıdılması Həcc ziyarəti üçün Məkkəyə gələn bütün müsəlmanların geniş narazılığına səbəb olur.

2013-cü ilin aprel ayında Səudiyyə Ərəbistanın baş müftisi Şeyx Əbdul Əziz bin Abdullah əl Şeyx Məkkədə erkən İslam tarixinə mənsub olan tarixi abidələrin dağıdılmasını məqbul saymışdır.

Səudiyyənin dini elitası bir az da irəli gedərək bu abidələrin dağıdılmasının vacib olduğunu bildirmişdilər.

Vəhabi əqidəsinə söykənən Səudiyyə Ərəbistanı hökuməti İslam tarixinə məxsus olan abidələri bir-bir müəyyən bəhanələr ilə məhv etməklə həqiqətdə həqiqi İslamı yer üzündən silmək istəyir.
Səudiyyə Ərəbistanın həyata keçirdiyi bu plan həqiqətdə Sionist İsrail rejiminin İslama qarşı təxribatının tərkib hissəsidir.
Source : Islamtimes
Comment