0
Thursday 3 April 2014 - 12:39

Türkiyənin 7 vilayətində seçkinin nəticələri mübahisəlidir

Story Code : 368562
Türkiyənin 7 vilayətində seçkinin nəticələri mübahisəlidir
Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, aradan üç gün keçməsinə baxmayaraq, bu mahallarda seçkinin nəticəsi qəti olaraq müəyyənləşməyib və seçilmiş elan olunan şəxslər dəyişə bilər.
 
Bildirilir ki, hələ də Ankara, İstanbul, Adana, İzmir, Şanılıurfa, Van və Kütahyada həm şəhər , həm vilayət, həm də rayon bələdiyyə başqanlıqları seçkisində ilkin nəticələrə etirazlar var. Bir çox vilayət və rayonlarda seçki komissiyası protokollarla sandıqlardan çıxan səsləri yenidən qiymətləndirir. 7 vilayətdə son vəziyyət belədir:
 
Ankara: Qəti olmayan nəticələrə görə, Ankarada Melih Gökçek seçimi qazanıb. Ancaq CHP 246 sandıq nəticəsinə etiraz edir, yenidən araşdırma və sayma istəyir. İki namizəd arasında səs fərqi yalnız bir bal səviyyəsində olduğu üçün Ankara şəhər bələdiyyə sədrinin dəyişməsi ehtimalı var.
 
İstanbul: Üsküdarda isə 9 səslə seçimi itirən CHP etiraz edib, yenidən sayma istəyib.
 
Adana: 20 min fərq ilə MHP-nin qazandığı Adana şəhər bələdiyyəsi üçün də AKP və CHP etiraz edib. Bu vilayətdə də bir çox sandığın yenidən sayılması istənilir.
 
İzmir: CHP bu vilayətdə Səlcuq, Torbalı, Kemalpaşa və Menderes rayonlarında, AKP isə Bayındır və Karabağlar mahalında nəticələrə etiraz ediB. Bu mahalları qazanan və itirən namizədlər arasında 61-200 ətrafında səs fərqi var.
 
Şanlıurfa: Ceylanpınar mahalında 211 səs fərqlə başçılığı AKP namizədi qazanıB. Bunun üzərinə BDP seçkilərdə qanun pozuntusuna yol verildiyini əsas gətirərək yenidən sayma üçün etiraz bildirib.
 
Van: Gevaş mahalında 18 səs fərqlə seçimi AKP namizədi qazanıb. BDP bu mahalda seçkiyə etiraz edib. Rayon seçki qurumu səslərin yenidən sayılmasına qərar verib.
 
Kütahya: Bu ​​vilayətdə seçimi 3 min 387 səs fərqlə AKP namizədinin qazandığı açıqlanıb. Ancaq MHP 5 min səsin sayılmadığını və qəsdən ləğv edildiyini iddia edərək etiraz bildirib. /Deyerler/
Comment