0
Wednesday 2 April 2014 - 13:27

Nüvə agentliyi İsrailin nüvə silahlarına göz yumur

Story Code : 368583
Nüvə agentliyi İsrailin nüvə silahlarına göz yumur
Nüvə agentliyi İsrailin nüvə silahlarına göz yumur
Bazar ertəsi günü İsrail prezidenti Şimon Peres ilə görüşən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş katibi Yukiya Amano deyib ki, Tel Əviv agentliyin dəyərli partnyoru olaraq qalır.

Avstriyanın paytaxtı Vyanada BMT nüvə agentliyinin baş qərargahında təşkil edilən görüş zamanı Amano deyib ki, Tel Əviv rejiminin nüvə fəaliyyətində heç bir qeyri qanunilik mövcud deyil.

Hər iki tərəf daha sonra İran nüvə enerji proqramı haqqında fikir mübadilələri aparıblar. İsrail prezidenti iddia edərək deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə İran arasında əldə edilən razılaşmanın həyata keçirilməsi çox asta şəkildə irəliləyir.

Tel Əviv İran ilə altılıq ölkə arasında mövcud olan nüvə razılaşmasını pozmaq istəyir.

İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və üstəgəl Almaniya arasında olan danışıqların sonuncu mərhələsi 19 mart tarixində Vyanada baş tutdu. Hər iki tərəf görüşün səmərəli və konstruktiv keçdiyini bildirdi.

Tehran və altılıq ölkə arasında olan danışıqlar İslam Respublikasının nüvə enerji proqramı haqqında son razılaşmaya gəlmək üçün edilən cəhdlərin tərkib hissəsidir. Hər iki tərəf keçən ilin noyabr ayında müvəqqəti razılıq əldə etdilər və bu razılıq 20 yanvar tarixindən etibarən qüvvəyə mindi.

Peres bu açıqlamanı Tel Əvivin 200-400 arası nüvə başlığına sahib olmaqla Yaxın Şərqin ən böyük nüvə rejimi olduğu beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyi bir vaxtda etdi.

Həmçinin İsrail rejimi heç zaman beynəlxalq müfəttişlərə nüvə obyektlərini yoxlamağa icazə verməmiş və Nüvə Silahı Yayılmama Razılığına qoşulmaqdan imtina etmişdir.
Source : Islamtimes
Comment