0
Monday 7 April 2014 - 00:12

Corc Buş: Rusiya prezidenti ABŞ-ı düşmən hesab edir

Story Code : 370354
Corc Buş: Rusiya prezidenti ABŞ-ı düşmən hesab edir
Corc Buş: Rusiya prezidenti ABŞ-ı düşmən hesab edir
NBC telekanalına müsahibə verən Buş deyib: “Vladimir elə bir şəxsdir ki, ABŞ-ı bir çox məsələlərdə özünə düşmən hesab edir.”

O əlavə edərək deyib: “Baxmayaraq ki, o bunu deyə bilmir, ancaq mən hiss edirəm ki, o qlobal məsələlərdə ya ABŞ-ın üstün olduğunu və Rusiyanın uduzduğunu, yaxud da onun əksini fikirləşir. Əlbəttə mən vaxtilə onu bu fikirlərdən daşındırmağa çalışmışdım.”

“Politico” qəzetinin bildirdiyinə əsasən sabiq prezident bu açıqlamanı şənbə günü təşkil etdiyi və Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla bir sıra dünya liderlərinin şəkilləri təsvir edilmiş foto sərginin təşkili mərasimi qabağı etdi.

Buş deyib: “Mən onunla prezidentliyim dövründə çox görüşmüşəm. Mən onu çox yaxşı tanımaq fürsəti əldə etmişdim. Mənim onunla çox isti münasibətim var idi, ancaq zaman keçdikcə münasibətlər gərginləşdi.”

Ukrayna münaqişəsindən sonra keçən həftə ABŞ və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb.

Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç Rusiyaya getdikdən sonra Vaşinqton var gücü ilə Ukraynanın yeni hökumətini dəstəkləməyə davam edir.

ABŞ prezidenti Barak Obamanın Moskvaya qarşı sanksiyalar tətbiq etməsi həmçinin iki dünya dövləti arasında olan münasibətləri daha da gərginləşdirdi.
Source : Islamtimes
Comment