0
Tuesday 8 April 2014 - 16:23

Moskva Rusiya-ABŞ-Avropa Birliyi-Ukrayna formatında danışıqlara hazırdır

Story Code : 370650
Moskva Rusiya-ABŞ-Avropa Birliyi-Ukrayna formatında danışıqlara hazırdır
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
Bununla belə S.Lavrov qeyd edib ki, hələlik danışıqların tarixi və gündəliyi müəyyənləşdirilməyib.
“Con Kerri ilə konkret tarixi müzakirə etmədik. Çünki anlaşmamıza əsasən, öncə danışıqların formatını müəyyənləşdirməliyik”, - deyə o vurğulayıb.
S.Lavrov həmçinin qeyd edib ki, beynəlxalq danışıqlarda Ukraynanın cənub və şərqi təmsil olunmalıdır.
Comment