0
Monday 5 May 2014 - 13:17

Netanyahu: İsrail yalnız yəhudi xalqı üçündür

Story Code : 380047
Netanyahu: İsrail yalnız yəhudi xalqı üçündür
Netanyahu: İsrail yalnız yəhudi xalqı üçündür
Netanyahu bazar günü nazirlər kabinetinin iclasında deyib ki, qanun layihəsindən məqsəd İsrailin yalnız Yəhudi xalqına məxsus olan bir dövlət olduğunu bildirməkdir.
O deyib: “İsrail bütün vətəndaşlarını tam bərabər hüquqlar və şəxsi hüquqlar ilə təmin edir, ancaq bu dövlət yalnız bir xalq üçün – Yəhudi xalqı – və başqa heç kəsin. Bu səbəbdən də İsrail dövlətinin statusunu Yəhudi xalqın statusuna çevirmək üçn mən gümən edirəm ki, biz bu əsas qanunu qəbul etməliyik.”

Netanyahu vurğulayaraq bildirib ki, bu qanun layihəsi çox mühümdür, çünki İsrailin qanuniliyi mütəmadi olaraq xaricdən və daxildən təhlükə ilə üz-üzədir.
İsrail baş naziri ilk dəfə olaraq bu təklifi keçən həftə irəli sürmüşdür və bu səbəbdən də ədliyyə naziri Tzipi Livini də daxil olmaqla bir çox siyasi rəqibləri tərəfindən tənqidə məruz qalmışdır. Tənqidçilər yəhudi xalqına üstünlük verən bu qanun layihəsinin demokratik dəyərlər ilə ziddiyət təşkil etdiyini bildirirlər.

Fələstinlilər qorxur ki, bu qanun layihəsi İsrail ərəb azlığına qarşı ayrıseçkilik ilə nəticələnəcək və 1948-ci ildən bəri işğal edilmiş ərazilərdə gedən müharibələr nəticəsində qaçqın düşmüş insanların öz vətənlərinə geri qayıtmaq hüquqları ilə ziddiyət təşkil edir.
Solçu Hədəs partiyasının ərəb millət vəkili olan Muhəmməd Barakih deyib ki, o Netanyahunun bu niyyətindən çox təəccüblənib.
O deyib: “Mən sülh danışıqları zamanı zamanı Netanyahunun hərəkətlərini izləyirdim. Mən bilirəm ki, o sülhün tərəfdarı deyil və o sülh prosesini pozmaq istəyir. Ancaq o bu təklif ilə çox irəli gedib.”
Source : Islamtimes
Comment