0
Friday 16 May 2014 - 09:25

ABŞ bir daha terroristlərin yanında olduğunu göstərdi

Story Code : 382998
ABŞ bir daha terroristlərin yanında olduğunu göstərdi
ABŞ dövlət katibi Con Kerri cümə axşamı bildirib ki, o, Suriya hakimiyyətinin öz xalqına qarşı müharibədə zəhərləyici maddələrin (xlor) istifadəsini göstərən ilkin məlumatlarla tanış olub. Bu barədə Trend BBC telekanalına istinadən məlumat verir.
Eyni zamanda, o, vurğulayıb ki, bu məlumatlar hələlik təsdiq edilməyib.
Amma bundan öncə britaniyalı millət vəkili George Gallovey də bildirmişdi ki, Suriyada yüzlərlə insanın qətlə yetirilməsinin arxasında İsrail rejimi durur, çünki İsrail əl Qaidəyə bağlı terrorist qrupları sivil vətəndaşlara qarşı istifadə etdikləri kimyəvi silahlar ilə təmin edib.
"Suriyanın Dostları" qrupunun üzvlərinin görüşündən sonra Londonda çıxış edərkən, o həmçinin Suriya müxalifətinə yardımın artırılması barədə razılıq əldə edilməsini bildirib.
Londonda cümə axşamı BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, İtaliya, Almaniya, Fransa, Misir, ABŞ və Böyük Britaniya daxil olduğu 11 ölkədən ibarət üzdəniraq "Suriyanın Dostları " qrupun xarici işlər nazirlərinin görüşü keçirilib.
Comment