0
Wednesday 28 May 2014 - 21:31

Suriya xaricində prezident seçkiləri keçirildi

Story Code : 387265
Suriya xaricində prezident seçkiləri keçirildi
Suriyanın İrandakı səfiri Doktor Adnan Mahmud "FarsNews"la müsahibəsi zamanı deyib: "İranın müxtəlif şəhərlərində yaşayan suriyalıların 95 faizdən çoxu prezident seçkilərində iştirak edib."
O bu müsahibəsində həzrət Ayətullah Xameneinin və İran dövləti və millətinin Suriya xalqı və hakimiyyətinə dəstəyinə görə təşəkkür edib.
O əlavə edib: Qərb müxtəlif ölkələrdəki Suriya səfirliklərində seçkilər keçirilməsinə bır sıra maneələr yaratdı. Bu mövzu onların iddialarının yalan olduğunu aşakara çıxardı və hamı gördü ki, KİV-də təbliğatlraın əksinə olaraq Qərb Suriya xalqının seçiminə heç bir əhəmiyyət vermir.
Bu gün 28 may tarixində Suriyanın 39 ölkədəki səfirliklərində 200 mindən çox suriyalı prezident seçkilərində iştirak edib. 
Bu ilk dəfədir ki, Suriyada prezident seçkilərinə 3 müxtəlif meylli namizəd iştirak edir.
Comment