0
Thursday 29 May 2014 - 17:51

ABŞ-ın ikili siyasəti Suriyada terrora rəvac verir

Story Code : 387762
ABŞ-ın ikili siyasəti Suriyada terrora rəvac verir
ABŞ-ın ikili siyasəti Suriyada terrora rəvac verir
Press TV-yə çərşənbə günü müsahibə verən ABŞ konqresinin sabiq işçisi Rodney Martin deyib: “ABŞ üsyançılara təlim məşqlər keçməklə əslində Suriyada terror dalğasının daha da genişlənməsinə rəvac verir.”

Bu yaxınlarda PBS televiziya kanalı ilə yayımlanan sujetdə müsahibə verən üsyançılar deyib ki, onlar Suriya hökumət qüvvələrinə və onların avtomobillərinə hücum etmək məqsədi ilə Qətərin gizli bazasında amerikalılar tərəfindən təlimlər alırlar.

Üsyançı müsahibədə deyib ki, amerikalılar onlara avtomobillərə pusqu qurmağı və yolları kəsmək haqqında təlim vermiş və həmçinin onlar avtomobillərə hücum etmək, axtarış aparmaq, məlumat əldə etmək və silah-sursatı müsadirə etmək və hələ də sağ qalmış əsgərləri məhv etməyin yollarını öyrədiblər.

Analitik əlavə edərək deyib: “ABŞ Suriya ordu personalına qarşı pusqu qurmaq və onları qarət etmək məqsədi ilə ekstremsitlərə təlim-məşqlər keçən və terrorizmə dəstək verən dövlətdir.”

O daha sonra ABŞ-ın bir neçə oxşar addımına toxunmuş və demişdir: “Bu insan hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı həmçinin beynəlxalq qanunların da kobud şəkildə pozulmasıdır.”

Dəməşq dəfələrlə deyib ki, ABŞ və onun regional müttəfiqləri Suriyada münaqişə başlayan andan etibarən üsyançıları silah-sursat, təlim-məşq və maliyyə ilə dəstəkləyirlər.

2011-ci ildən bəri ABŞ Suriyada mövcud olan ekstremist üsyançılara təxminən 300 milyon dollar dəyərində yardım edib.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı ekstremist üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

Məlumat və faktlara əsasən Qərb dövlətləri və onların regional müttəfiqləri olan Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı mübarizə aparan üsyançıları dəstəkləyirlər.

Məlumata əsasən xaricdən dəstək alan münaqişə nəticəsində 160 min insan həlak olmuş və milyonlarla insan isə öz evindən didərgin düşmüşdür
Source : Islamtimes
Comment