0
Saturday 31 May 2014 - 00:14

Ayətullah Vəhid: “Digər məzhəblərin müqəddəslərini təhqir etmək haramdır!”

Story Code : 387877
Ayətullah Vəhid: “Digər məzhəblərin müqəddəslərini təhqir etmək haramdır!”
Ayətullah Vəhid: “Digər məzhəblərin müqəddəslərini təhqir etmək haramdır!”
Görüşdə Şiə və Sünni Seyidlər Birliyinin yaranması, Peyğəmbərin və Fatimeyi-Zəhranın doğum günlərinin, İmam Hüseynin şəhadətinin və digər əlamətdar günlərin birgə qeyd olunmasına dair proqramlar haqda məlumat verilib.
Assambleya sədri bəzi İslam məzhəblərinin müqəddəslərini təhqir etməklə məşğul olan beynəlxalq televiziya kanallarının fəaliyyətinə toxunub onların müsəlmanlar arasında təfriqə yaratmaqdan başqa bir məqsədlərinin olmadığını bildirmişdir.
Ayətullah Vəhid Xorasani çıxışında İslamın mərhəmət dini olduğunu vurğulayaraq demişdir: “Peyğəmbərin və Əmirəlmömininin rəftarı təkfirçi və radikal hərəkətlərə qarşıdır. Digər məzhəblərin davamçıları ilə düşmənlik etmək, onların müqəddəslərini aşağılamaq, böyüklərini lənətləmək olmaz. Bu, onların Əhli-beytdən uzaqlaşmasına səbəb olur. Bizə tapşırıblar ki, onların camaat namazlarında iştirak edin, onlara sevgi bildirin, xəstələrini yoxlayın”.
Source : Hicab.org
Comment