0
Saturday 7 June 2014 - 10:52

Mossad generalı: İsrail Hizbullahın Qəlileyi işğal etməsi təhdidini ciddiyə almalıdır

Story Code : 389857
Mossad generalı: İsrail Hizbullahın Qəlileyi işğal etməsi təhdidini ciddiyə almalıdır
Mossad generalı: İsrail Hizbullahın Qəlileyi işğal etməsi təhdidini ciddiyə almalıdır
İsraildə dərc edilən Haartez qəzeti sionist zabitinə istinad edərək deyib ki, Hizbullahın Qəlileyi işğal etməsinə hazır olduğunu bildirən bəzi siqnallar var və bu həyacan ordunun Hizbullahın hücumu qarşısında hazır vəziyyətə gətirilməsinə səbəb olub.

İsrail zabiti Hizbullahın rəsmi veb səhifəsinə istinad edərək hərəkatın 2011-ci ildən bəri Qəlileyi işğal etməsi da daxil olmaqla ərazidə mövcud olan mümkün hədəflərin coğrafi quruluşu və izahatı, həmçinin təchizat və hava qüvvələri haqqında da məlumat verib.

Haaretzə əsasən Sionist general deyib ki, Hizbullah artıq bir neçə müddətdir ki, Qəlileyin işğalını həyata keçirmək üçün bir sıra hərbi manevirlər həyata keçirirlər.

İsrailli general deyib ki, Hizbullah həmçinin bu işğal zamanı Suriya müharibəsində qazandığı bacarıqlardan da istifadə edə bilər.

O əlavə edərək deyib ki, Hizbullah artıq asanlıqla düşmənin ərazilərinə girə bilən və ora böyük miqdarda ordu və briqadalar yerləşdirməyə qabiliyyəti olan təcrübəli hərbi qrupa çevrilib.

Sionist general İsrail ordu rəhbərliyinə çağırış edərək Hizbullahın başlayacağı müharibə zamanı asanlıqla qalib gələcəyi qabiliyyətinə malik olması reallığını nəzərə alaraq indidən ordunu bunun üçün hazır vəziyyətə gətirilməsini tələb edib.
Source : Islamtimes
Comment