0
Friday 6 June 2014 - 11:45

Türkiyə nəhayət ki, əl Nusra Cəbhəsini terror qrupu kimi tanıyıb

Story Code : 389865
Türkiyə nəhayət ki, əl Nusra Cəbhəsini terror qrupu kimi tanıyıb
Türkiyə nəhayət ki, əl Nusra Cəbhəsini terror qrupu kimi tanıyıb
Türkiyə hökumətinin bu qərarına həmçinin BMT Təhlükəsizlik Şurası tərəfindən əl Qaidəyə bağlı olan şəxs və qruplar kimi tanınanların mülk və əmlaklarının dondurulması da daxildir.

Türkiyə Suriya münaqişəsi başlayan andan etibarən ekstremist döyüşçülərə dəstək verir, ancaq əl Qaidəyə bağlı qrupların Suriya müxalifəti tərkibində artan nüfuzu Türkiyənin bu qrupları terror qrupu kimi tanımasına səbəb oldu.

Ankaradan olan təhlükəsizlik eksperti Lalə Kamal deyib ki, Türkiyə ən azından əl Nusra cəbhəsi kimi terror qruplarına onların yaralılarını müalicə etməklə, loqistik dəstək verməklə və onların döyüşçülərinin Türkiyə vasitəsi ilə Suriya ərazisinə daxil olmasına icazə verməklə kömək edib.

Ancaq bu qruplar artıq Türkiyənin özünə təhlükə yaratmağa başlayıblar və Türkiyə artıq onların fəaliyyətindən əziyyət çəkib.
O deyib ki, hökumətin qərarı göstərir ki, o əl Nusranın Türkiyə ərazisində artan mövcudluğundan xəbərdardır.

Ankarının İpək Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Gökhan Bacik deyib ki, bu qərar ABŞ və Qərb dövlətlərinin əl Nusra cəbhəsini terror təşkilatı kimi tanıması qərarı ilə eynilik təşkil edir.

O əlavə edərək deyib ki, bu Türkiyə ilə bu ölkələr arasında daha yaxşı münasibətlərin qurulmasına xidmət edəcək.

Bacik deyib: “Əl Nusra cəbhəsi şübhəsiz ki, terror qrupudur. Onlar günahsız insanları qətlə yetirirlər. Mənim fikrimcə Türkiyə hökuməti ölkə daxilində gedən hadisələr səbəbindən beynəlxalq cəmiyyətdən sərt təziqlər alır və hökumət bu qərarı qəbul etməklə beynəlxalq ictimaiyyətə mesaj vermiş olur.”

Əl Nusra Cəbhəsi 2012-ci ilin yanvar ayında Suriya münaqişəsi zamanı yaradılıb. Bu qrup 2012-ci il dekabr ayında ABŞ tərəfindən terror qrupu kimi tanınıb. Avstraliya, Birləşmiş Krallıq və BMT –də daxil olmaqla bir sıra dövlət və təşkilatlar da həmçinin bu qrupu terror təşkilatı kimi tanıyıb.
Source : Islamtimes
Comment