0
Wednesday 11 June 2014 - 18:16

Avropaya bədbin proqnoz

Story Code : 391152
Avropaya bədbin proqnoz
"Avropa Rusiyanın qaz asılılığından çıxa bilməyəcək. Çin isə dünya qaz bazarında “qızıl əsr”inə qədəm qoyur".
ANS PRESS-in məlumatına görə, Beynəlxalq Enerji Agentliyi bu barədə təbii qaz bazarı haqqında proqnozunda qeyd edib. Məqalədə maraq doğuran məlumatlardan biri isə Ukrayna ilə bağlıdır. Belə ki, Avropa Ukraynada baş verən hadisələrlə bağlı Rusiya qaz asılılığından çıxmaq istəsədə buna yaxın gələcəkdə nail ola bilməyəcək.
Hesabatda bildirilir ki, növbəti beş il ərzində yanacaq kimi kömürdən imtina edən Çin həm istehlakçı və həmdə istehsalçı kimi təbii qaz bazarında ən böyük oyunçu kimi paya sahib olacaq. BEA-nin hesabatına əsasən Avropa yeganə regiondur ki, burada qarşıdan gələn 5 il ərzində təbii qaz istehsalında azalma müşahidə olunacaq.
BEA-nə görə, Avropanın Rusiyanın Ukraynada həyata keçirdiyi aqressiv siyasətinə cavab vermək istəyi Rusiya qazından asılılıqla izah edilir. Bu vəziyyət qarşıdakı 10 illikdə dəyişməyəcək.
Regionu nə Amerikanın sıxılmış qazı, nə də Almaniyanın tədbiq etmək istədiyi maye qaz keçid siyasəti xilas edə bilməyəcək.
Comment