0
Monday 23 June 2014 - 08:57

Ali dini lider İraqda baş verənlərə münasibət bildirdi

Story Code : 394310
Ali dini lider İraqda baş verənlərə münasibət bildirdi
Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, Tehranda İran Ali məhkəməsinin sədri Sadiq Amuli Laricani və məhkəmə orqanlarının rəhbərləri ilə görüşdə ali dini lider bildirib ki, hazırda İraqda qanların axıdılmasının davam etməsinin arxasında ABŞ-ın rəhbərliyi ilə imperialist Qərb ölkələri dayanır. “Biz ABŞ-ın və istənilən digər ölkənin İraqın daxili məsələlərinə müdaxilə etməsinin əleyhinəyik. Çünki, hesab edirik ki, İraq hökuməti, xalqı və mərcəiyyəti axan qanları dayandırmaq və bu gərginliyə son qoymaq qabiliyyətindədir və inşaallah qoyacaq”, - deyə Seyyid Əli Xamenei bildirib. Ali dini lider vurğulayıb ki, hazırda ABŞ və Qərb hegemon qüvvələri İraqdakı fitnəkar elementlərin cəhalətindən özləri üçün xeyir götürmək istəyir. “İraqda baş verən son hadisələrin əsas hədəfi, ABŞ-ın bu ölkəyə təcavüzünə baxmayaraq, bu ölkə insanların əldə etdiyi uğur və nailiyyətləri əlindən almaqdır. Bu nailiyyətlərin ən böyükü isə demokratik sistemin aliliyidir”, - deyə Ayətullah Xamenei əlavə edib. Ali dini lider həmçinin vurğulayıb ki, İraqda keçirilən parlament seçkilərində xalqın böyük iştirakı ABŞ-ı qıcıqlandırıb, belə ki, ABŞ İraqda dominantlıq təşkil etməsini və bu ölkənin “oyuncaq ölkə” olmasını istəyib. İraqda baş verənlərə gəlincə, Seyyid Əli Xamenei bildirib ki, İraqda baş verənlər sünni və şiələr arasında münaqişə deyil. O qeyd edib ki, hegemon sistem təkfirçi yaraqlılardan və devrilmiş diktator Səddam Hüseynin qalıqlarından istifadə edərək bu ölkədə sabitliyi pozmaq və ölkənin ərazi bütövlüyünü təhdid etmək istəyir. Ali dini lider sonda vurğulayıb ki, İraqda hazırda bu ölkəni ABŞ düşərgəsinə qoşulmuş halda görmək istəyənlərlə, bu ölkəni müstəqil görmək istəyənlər arasında münaqişə gedir. /Deyerler/
Comment