0
Tuesday 1 July 2014 - 13:28

Ayətullah Sistaninin ofisi Ərdoğanı təkzib etdi

Story Code : 396609
Ayətullah Sistaninin ofisi Ərdoğanı təkzib etdi
Türkiyə baş naziri Rəcəb Tayip Ərdoğan bildirib ki, Ayətullah Sistani İraq baş naziri Nuri Əl-Malikinin vəzifəsindən istefa verməli olduğunu deyib. Ayətullah Sistaninin rəsmi ofisi bu fikirləri təkzib edib.
İraq Parlamentinin üzvlərindən Abdül-Hadi əl-Həkim bildirib ki, Ayətullah Sistaninin ofisindən deyilənləri təkzib edərək ona bildiriblər ki, Ayətullah Sistani Nuri Əl-Malikinin İraqda yenidən iqtidara gəlməsindən narahat olduğuna dair fikirlər səslənməyib və bu mövzu ümumiyyətlə müzakirə edilməyib. Millət vəkili son zamanlarda Ayətullah Sistaninin Əhməd Davudoğluyla ilə keçirdiyi görüşdə yalnız Dəclə və Fərat çayları mövzusunda müzakirələr aparıldığını, bu müzakirələrdə İraqın haqqına hörmət edilməsi və bölgə problemlərinin diplomatik yollarla həll edilməli olduğu bildirilib. Əl-Həkimin verdiyi açıqlamaya görə, baş nazir Ərdoğanın gündəmə gətirdiyi mövzuların Ayətullah Sistani və Davudoğlu arasında müzakirə edilən mövzularla heç bir əlaqəsi yoxdur.  /Deyerler/
Comment