0
Wednesday 2 July 2014 - 12:38

İraq rus qırıcıları ilə İŞİD-i məhv edir

Story Code : 396808
İraq rus qırıcıları ilə İŞİD-i məhv edir
ANS PRESS-in məlumatına görə, İraq hava qüvvələrinə aid qırıcıların Mosulda İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı silahlılarının olduğu nöqtələri bombaladığı bildirilib. Hücum nəticəsində terror qruplaşması üzvlərindən çox sayda ölən və yaralanan var.
Ötən gün axşam saatlarında isə orduya aid hərbi təyyarələr Bağdad istiqamətində hərəkətdə olan 200-ə yaxın maşından ibarət İŞİD karvanını bombalayıb.
İraq döyüş təyyarələrinin digər hədəfi 5-ci briqada qərargahının olduğu meşəlik bölgə (Əl-Qabat) olub. Burada da İŞİD silahlıları məhv edilib.
Qeyd edək ki, bombardmanlarda İraqın Rusiyadan satın aldığı "SU-25" tipli döyüş təyyarələrindən istifadə etdiyi deyilir. Rusiya XİN mətbuat katibi Aleksandr Lukaşeviç ötən gün İraqa "SU-25" tipli döyüş təyyarələrini təslim etdiklərini təsdiqləmişdi.
Comment