0
Tuesday 19 October 2010 - 23:18

Pakistan NATO-nun "Bin Ladin" iddiasını təkzib etdi

Story Code : 40933
Pakistan NATO-nun "Bin Ladin" iddiasını təkzib etdi
Pakistan NATO-nun "Bin Ladin" iddiasını təkzib etdi
Pakistanın ABŞ səfiri Hüseyn Həqqani, CNN-nin əl Qaidə lideri Usamə Bin Ladinin Pakistanda olduğu xəbərini təkzib edib. Faktxeber.com-un verdiyi məlumata görə, Amerika televiziyasına müsahibə verən Həqqani bildirib ki, "CNN-nin iddia etdiyi kimi əl Qaidə lideri Bin Ladinin Pakistanda yaşadığını təkzib edib. Amerikalı rəsmilər Bin Ladinin yerini bilirlərsə, bunu Pakistanada desinlər."
Həqqani, bundan əvvəl, Pakistan torpaqlarında gizlənən Taliban və əl Qaidə liderlərinin həbs edilməsi üçün ABŞ ilə hər zaman əməkdaşlığa hazır olduqlarını bildirmişdi. CNN televiziyasında NATO rəsmisinin "əl Qaidə liderinin Pakistanın şimal-qərbində etibarlı bir evdə rahat şəkildə yaşadığını bildirməsi xəbəri qısa müddət sonra Pakistan daxili işlər naziri Rəhman Malik tərəfindən təkzib edilmişdi.
Comment