0
Friday 19 September 2014 - 20:34

Hakan Şükür Ərdoğanı təhdid etdi

Story Code : 410539
Hakan Şükür Ərdoğanı təhdid etdi
Hakan Şükür Ərdoğanı təhdid etdi
Müflisləşmə üzrə olan Bank Asya üçün yardım kampaniyasına işarə vuran Ərdoğan bildirib ki, yardım kampaniyalarının heç bir mənası olmayacaq, o bank artıq müflis olub.

Ərdoğanın bu sözlərinə hakim Ədalət və İnkişaf partiyasından millət vəkili olmuş, daha sonra istefa vermiş Hakan Şükür sərt reaksiya verib.

Prezidenti təhdid edən Hakan Şükür twitter-də bunları yazıb:

“Bank Asyanı deyil, kirli pulları yığdığınız bankları gündəmə gətirin. ABŞ dövlət katibi Con Kerrinin “İŞİD-in nefti Türkiyədə satılır” ifadəsinə cavab verin. Terrorçuları kimlər dəstəkləyir? Buna kim cavab verəcək”.

Qeyd edək ki, hakan Şükür AKP-dən millət vəkli seçilmişdi. Lakin ötən il dekabrın dekabrın 17-də “Böyük rüşvət” əməliyyatından sonra partiyadan istefa vermişdi./ans/
Source : Ans
Comment