0
Saturday 20 September 2014 - 17:16

Barak Obama razı qalıb

Story Code : 410685
Barak Obama razı qalıb
ABŞ prezidenti cümə axşamı günü Şotlanidyanın gələcək taleyi ilə bağlı keçirilən referendumun nəticəsindən danışıb.
ANS PRESS-in məlumatına görə, “Şotlandiya müstəqil ölkə olmalıdırmı?” – sualına, “Bəli”, ya da “Xeyr” cavabını verən seçicilərdən ikinci seçimi edənlər daha çox olub.
Bununla bağlı Böyük Britaniya (BB) rəsmiləri ilə yanaşı, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama da ötən gün yazılı açıqlama verib.
Referendum nəticələrindən razı qaldığını bildirən Obama şotland xalqını demoktariyanı tam şəkildə dəstəklədikləri və sadiq qaldıqları üçün təbrik edib.
O, açıqlamasında Şotlandiya xalqının İngiltərəyə hər zaman dəstəyi olduğunu və onların Birləşmiş Krallığın tərkibində qalmasının tərəfində olduğunu bir daha vurğulayıb. Obama, həmçinin ABŞ-ın Böyük Britaniyadan daha yaxın müttəfiqi olmadığını da qeyd edib.
“Dünyanın bir çox problemlərlə qarşı-qarşıya olduğu bir vaxtda Böyük Britaniya və Şimali İrlandiya xalqı ilə güclü və xüsusi münasibətlərimizi davam etdirməyi arzu edirik” – deyə B.Obama açıqlamasında bildirib.
Qeyd edək ki, ABŞ prezidenti referendum keçirilən gün təsmi tvitter səhifəsində Böyük Britaniyanın müttəfiq ölkələrdən biri olduğunu, onun güclü və vahid qalacağına ümid etdiyini yazmışdı.
Comment