0
Saturday 23 October 2010 - 21:12

İngiltərə tarixində ən böyük etiraz dalğası

Story Code : 41423
İngiltərə tarixində ən böyük etiraz dalğası
İngiltərə tarixində ən böyük etiraz dalğası
İngiltərə Ticarət İttifaqı Konqresi (TUC) rəhbəri Brendan Barber bu gün elan edib ki, gələn ilin mart ayında İngiltərə tarixində ən böyük etiraz aksiyası keçiriləcək. Bu aksiya hakimiyyətin dövlət büdcəsinin azalması zəminində qəbul etdiyi qanunlara olan etirazdır. Qeyd edəki ki, TUC İngiltərədə 6.5 milyon işçinin nümayəndəsidir.
“Reuters” xəbər agentliyinin yaydığı xəbərə əsasən, İngiltərə dövləti ötən həftənin çərşənbə günü verdiyi bəyanatdə bildirib ki, dövlətə bağlı yarım milyon iş sahəsi bağlanacaq. İş yerlərinin bağlanmasına səbəb kimi dövlət büdcəsindəki 80 milyon fundluq büdcə kəsiri göstərilir.
TUC rəhbərliyi bildirib ki, gələn ilin mart ayında keçiriləcək etiraz aksiyası İngiltərə tarixindəki ən böyük nümayiş kimi yadda qalacaq. Onlar əlavə ediblər ki, İngiltərə dövlətinin büdcədə yaranmış kəsiri aradan qaldırmaq üçün seçdiyi yol düzgün yol deyil. Dövlətin bu addımı İngiltərəni diz çökdürəcək.
Qeyd edək ki, dövlətin büdcədə yaranmış kəsiri aradan qaldırmaq üçün hazırladığı proqram açıqlandıqda, baş nazirin iqamətgahı önündə etiraz aksiyaları keçirilib. Aksiyaya müxtəlif xalq kütlələri, o cümlədən minlərlə tələbə və universitet müəllimi qatılıb. Tələbə və müəllimlər universitetlərə məxsus büdcənin miqdarının azalmasına etiraz ediblər.
TUC rəhbərliyinin bildirdiyinə görə sözü gedən iri həcmli nümayişlər mart ayının 26-da baş tutacaq.
Comment