Türkiyə mediası xəbər verir ki, bunu işğalçı İsrail müdafiə naziri sionist Moşe Yaalon açıqlayıb. Onun sözlərinə görə, İsrail bunu Suriya ilə sərhəddəki Holan təpələrini Əl-Qaidədən uzaq tutmaq üçün edib: “Hazırda Holan təpələri ASO-nun nəzarətindədir. Bu da sirr deyil ki, biz həmin ərazilərə humanitar yardım göstəririk”.
Qeyd edək ki, İsrail zəngin su mənbələrinə malik olan Suriyanın cənub-qərbində yerləşən Holan təpələrini 1967-ci ildə işğal edib.