0
Sunday 19 October 2014 - 14:37

Allaha təslim olmaq üçün düstur

Story Code : 415745
Allaha təslim olmaq üçün düstur
Allaha təslim olmaq üçün düstur
Tehranın görkəmli əxlaq ustadı Ayətullah Ziya Abadi bu həftəki əxlaq dərsində deyib: "Məşuqu Allah olan bəndənin gözü maddiyata qarşı kor olar, belə bir insanın qəlb gözü açıq olar və dünyanın batinini görər.

Məşuqu Allah olan bəndə yalnız Allahın əmrinə görə dünyada davam gətirə bilir, yoxsa bir an belə bu fani dünyada qala bilməz, həqiqətdə belə bir insan hər bir şey yalnız Allah görür.
Dünyaya ürək bağlayanlar, xoş vaxtlarda sevinənlər və ağrılı-acılı günlərdə narahat olanlar dünyaçı insanlardır yəni göz və qəlbləri kordur.
Allah əli tərbiyə edilənlər İlahi xəzinəni Allah yanında hesab edirlər.
İbrahim peyğəmbər (ə) 18 yaşında peyğəmbərlik məqamına nail olub və bu yaşda da nəmrudçular onu oda atdılar; od o qədər böyük idi ki,müşriklər peyğəmbəri xüsusi vasitə ilə oda atmağa məcbur oldular.
İbrahim peyğəmbərin (ə) övladını qurban kəsməyə razı olması və ya İmam Hüseynin (ə) Öz övladını döyüşə göndərməyə razı olması Onların İlahi məhəbbətlərindən qaynaqlanırdı.
Source : shabestan
Comment