0
Friday 24 October 2014 - 17:23

Suriya ordusu Hama əyalətində yeni müvəffəqiyyət əldə edib

Story Code : 416229
Suriya ordusu Hama əyalətində yeni müvəffəqiyyət əldə edib
"Al Mayadin"nin verdiyi xəbərə görə, ordu qüvvələrinin intensiv hücumlarından sonra "ən-Nusra Cəbhəsi", "İslam Cəbhəsi", "Filaq Şam" və "Həzm" terror qruplaşmaları rayonu tərk etmək məcburiyyətində qalıb.
 
Rayona nəzarəti ələ alan ordu buradan ət-Taminə və Kafar-Zita rayonlarına hücuma başlayıb.
 
Bildirək ki, bir çox hərbi sursat anbarları və hərbi qərargahların yerləşdiyi Murik tərəflər üçün böyük əhəmiyyət kəsb edir.
 
Məlumata əsasən, qarşıdurmalar ölkənin Dirazzur, Dəra, Homs, Hələb, İdlib və Dəməşqətrafı əyalətlərində də baş verib.
 
Hazırda Suriyada ən şiddətli qarşıdurmalar paytaxt Dəməşqin Cobar, Homsun əl-Vaar, Hələbin Kobani və Dirazzur şəhərlərində davam edir. /SalamNews/
Comment