0
Wednesday 27 October 2010 - 15:30

“Ermənistanla bağlı qırmızı xətlərimiz dəyişməz qalıb”

Story Code : 41931
“Ermənistanla bağlı qırmızı xətlərimiz dəyişməz qalıb”
“Ermənistanla bağlı qırmızı xətlərimiz dəyişməz qalıb”
“Viza rejiminin ləğvi üçün Azərbaycanla danışıqlarımız davam edir. Prezident İlham Əliyevlə bu məsələni müzakirə etmişəm. Biz 52 ölkə ilə viza rejimini ləğv etmişik. Rusiya ilə də viza rejimini aradan qaldırmağa qərar verdiyimiz bir dövrdə Azərbaycanın türk iş adamlarından viza istəməsinin səbəbini izah etməkdə çətinlik çəkirik. Azərbaycanın bəzi tərəddüdləri var. Bizə söylədilər. Amma mən çox ümidliyəm, bu məsələnin həllini tapacağına inanırıq”. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan-Türkiyə biznes-forumunda iştirak etmək üçün Naxçıvana gələn Türkiyənin dövlət naziri Zəfər Çağlayan deyib. “Duzdağ” otelində mətbuat konfransı keçirən nazir viza probleminin Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi ilə əlaqəsi olmadığını vurğulayıb. Türkiyənin bu məsələdə rəsmi mövqeyinin bəlli olduğuna diqqət çəkib. “Azərbaycanın həssas olduğu məsələləri bilirik. Ermənistanla bağlı məsələdə anlaşılmazlıq və provokasiya olmuşdu. Bizim siyasətimiz bəllidir. Dövlətin qırmızı xətləri yerində qalır. Bunun əksi mümkün deyil”.
Xatırladaq ki, Z. Çağlayan oktyabrın 26-da Sədərəkdəki Dilucu sərhəd məntəqəsində iş adamları ilə keçirdiyi görüşdə Azərbaycan torpaqları işğaldan azad edilməyincə Ermənistanla sərhədi açmayacaqlarını bəyan edib.
Comment