0
Saturday 22 November 2014 - 16:43

Səudiyyə kralı Peyğəmbərin evini uçurub, yerinə saray tikdirir

Story Code : 422322
Səudiyyə kralı Peyğəmbərin evini uçurub, yerinə saray tikdirir
Səudiyyə kralı Peyğəmbərin evini uçurub, yerinə saray tikdirir
bu barədə İngiltərənin İndependent qəzeti məlumat verib. Andrew Johnsonun müəlliflik etdiyi «Məkkə təhlükədə» adlı yazıda belə deyilir:

Yeni layihəyə əsasən İslam Peyğəmbərinin doğulduğu ev söküləcək, yerinə saray və ticarət mərkəzi tikiləcək. Yəni Peyğəmbərin doğulduğu ev mərmərdən sütunların altında itib gedəcək. Bir neçə milyard dollarlıq «hərəmi genişlətmə layihəsi» adı altında əslində bir tarix qətliam həyata keçiriləcək. Əlində bu layihənin həyata keçirilməsi illər əvvəl başlayıb və yüzlərlə tarixi əsərin aradan getməsinə səbəb olub. Bu gün minlərlə il əvvələ aid tarixi əsərlər və məkanların 95 faizinin yerinə otellər, ticarət mərkəzləri görünür. Son genişlətmə layihəsi isə 500 il əvvəl merac hadisəsinin xatirəsinə tikilmiş tarixi vacib sütunları məhv etdi.

«Yeni genişlətmə layihəsi»ndə Ərəbistan kralı üçün sarayın inşası nəzərdə tutulub. Bu saray Peyğəmbərin doğulduğu evin yerinə tikiləcək. Qeyd edək ki, bu məkan 1951-ci ildə tikilən böyük bir kitabxana ilə mühafizəyə alınmışdı. Ancaq Səudiyyə hökuməti ziyarətçilərin burada namaz qılmasına qarşı çıxaraq, Peyğəmbərin burada doğulduğuna dair əsaslı sənəd olmadığını bəhanə gətirirdilər.
Müqəddəs Məkkə şəhərindəki tarixi əsərlərin məhv edilməsinə edilən bir çox etirazlara isə , Səudiyyə Ərəbistanı genişlətmə layihəsinin ziyarətçilərə daha çox rahatlıq gətirəcəyi bəhanəsini gətirirlər.
Source : Faktxeber
Comment