ABŞ və müttəfiqləri “İŞİD”in İraq və Suriyadakı mövqelərinə 20 hava zərbəsi endiriblər
Story Code : 423657
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ hərbi qüvvələrinin mərkəzi komandanlığı yayıb.
Məlumata görə, Suriyada əksər zərbələr Kobani şəhərində terrorçuların canlı qüvvə və hərbi texnikasına yönəlib. Nəticədə silahlılara məxsus bir neçə nəqliyyat vasitəsi məhv edilib.
İraqda isə “İŞİD”-in 6 şəhərdəki mövqelərinə hava zərbəsi endirilib. Bir neçə silahlı dəstə məhv edilib, terrorçulara məxsus bunker, tikililər, avtomobillər və silah anbarları dağıdılıb.