0
Saturday 11 May 2024 - 10:49

Ən yaxınları belə işğalçı İsrailə arxa çevirir!

Story Code : 1134289
Ən yaxınları belə işğalçı İsrailə arxa çevirir!
Bütün dünya ölkələrində insanların küçələrə axışaraq, cinayətkar İsrail rejiminin Fələstin xalqına qarşı etiraz aksiyaları keçirməsi artıq dövlətlərin də sionist rejimə qarşı mövqe sərgiləməsinə səbəb olub. Artıq elə bir durum yaranıb ki, hətta bütün şərtlərdə sionist rejimi dəstəkləyən Fransa, ABŞ kimi ölkələr də zahirdə də olsa sionist rejimi Rəfahda başlatdığı əməliyyatlara görə tənqid edir.

Bu zəmində Fransa Xarici İşlər Nazirliyi işğalçı İsrail ordusunun mayın 7-də Rəfah şəhərinə başlayan quru işğalını tənqid edən bəyanat yayıb.

Fransa XİN-i bildirib ki, Rəfaha hücum Qəzzanın mülki əhalisi üçün fəlakətə səbəb ola bilər.

Bəyanatda deyilir: “Biz İsrail hakimiyyətini bu hərbi əməliyyatı dərhal dayandırmağa, girovların azad edilməsinə və davamlı atəşkəsə aparan yeganə mümkün yol olan danışıqlar yoluna qayıtmağa çağırırıq”.

Fransa həmçinin İsraili Rəfah keçidini dərhal açmağa çağırıb ki, bu da həm humanitar yardımın mülki şəxslərə çatması, həm də ən həssas insanların Qəzza zolağından çıxmasına imkan vermək üçün lazımdır.
Comment