0
Sunday 14 December 2014 - 12:00

BMT Əfqanıstanla bağlı qərarını verdi

Story Code : 425534
BMT Əfqanıstanla bağlı qərarını verdi
BMT Təhlükəsizlik Şurası 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanda “Qəti dəstək” adlı missiya təsis edilməsi barədə NATO ilə Əfqanıstan arasında razılaşmanı dəstəkləyib.
Bu missiya Əfqanıstan milli müdafiə və təhlükəsizlik qüvvələrinin təlimatlandırılması və onlara məsləhətlər verilməsi ilə məşğul olacaq, həmin qüvvələrə yardım göstərəcək.
BMT Təhlükəsizlik Şurasının üzvləri ümid edirlər ki, “Qəti dəstək” missiyasının rəhbərliyi Əfqanıstan hökuməti ilə qarşılıqlı fəaliyyət göstərəcək və müvafiq hallarda öz fəaliyyətini BMT-nin bu ölkədəki missiyası ilə əlaqələndirəcəkdir.
BMT Təhlükəsizlik Şurası qeyd edib ki, Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri 2014-cü ilin sonunda öz fəaliyyətini başa çatdırır və Əfqanıstanın hakimiyyət orqanları təhlükəsizlik sahəsində bütün məsuliyyəti öz üzərinə götürməyə hazırdırlar.
Comment