0
Sunday 11 January 2015 - 11:16

ABŞ Avropaya 150 tank və 3 minlik ordu göndərir

Story Code : 431751
ABŞ Avropaya 150 tank və 3 minlik ordu göndərir
Axar.az xəbər verir ki, bu barədə “Hiss” (“The Hill”) nəşrinə açıqlamasında ABŞ quru qoşunları komandanı general-leytenant Frederik Ben Xoces deyib. 
Generalın sözlərinə görə, 150-dən çox tank və hərbi texnika 2015-ci ilin sonuna qədər Almaniyaya çatdırılacaq. 
“2015-ci ilin sonuna qədər biz “Bredli” tipli zirehli texnika və tankı, özüyeriyən artilleriya qurğularını, mühəndis maşınını, 3 batalyon və və eskadrilya, həmçinin təhlükəsizlik sistemini yerləşdirəcəyik , deyə Xoces bildirib.
Nəşrin iddiasına görə, bu tədbirlər Rusiyanın Ukraynanın şərqinə yerləşdirdiyi hərbi texnikadan Avropanın qorunmasına xidmət edəcək.
Generalın sözlərinə görə, hazırda Avropa Birliyi ölkələrində 67 min amerika əsgəri xidmət edir: “Əfqanıstandan çıxan birinci briqadanın 3 diviziyası Avropaya payıza qədər yerləşdiriləcək”.
Comment